...

MTRŞ Azərbaycanda uşaqlarla bağlı telekanalın olmasını istəyir

Cəmiyyət Materials 20 İyul 2012 14:35 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda uşaqlarla bağlı telekanalın olmasını istəyir.
MTRŞ Azərbaycanda uşaqlarla bağlı telekanalın olmasını istəyir

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda uşaqlarla bağlı telekanalın olmasını istəyir. Trend-in cümə günü verdiyi məlumata görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, Şura mövcud televiziyaların uşaq mövzusuna daha geniş yer ayırmasını çox istəyir.

"Əgər daha çox yer ayırarlarsa, yeni kanala ehtiyac qalmayacaq. Bu olmayacaqsa, dövlətin dəstəyi ilə uşaq televiziyasının yaradılması çox yaxşı olardı", - Məhərrəmli bildirib.

Şura sədri deyib ki, Azərbaycanın iqtisadiyyatının güclənməsi, regionun lider dövlətinə çevrilməsi sahə kanallarının yaradılması zərurətini ortaya qoyub. Azərbaycan dövləti idmana böyük diqqət göstərir, bu sahədə uğurlarımız artır və Azərbaycan artıq dünyada idman ölkəsinə çevrilib. Onun sözlərinə görə, bütün bu amillər "İdman-Azərbaycan" kanalının yaradılmasının əsas səbəbidir.

"Digər əsas məsələ mədəniyyət sahəsinin təbliğidir. Özəl telekanallarda şou verilişlərinin geniş yarandığı vaxtda Azərbaycan xalqının mədəniyyəti ilə bağlı xüsusi verilişlər təqdim edən "Mədəniyyət" kanalının yaradılması zərurətə çevrildi", - MTRŞ sədri qeyd edib.

Onun fikrincə, bu iki sahə kanalı üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirir.

Məhərrəmli hesab edir ki, bu kanallar ildən-ilə daha təkmilləşəcək və daha güclü televiziya kanallarına çevriləcəklər.

Xəbər lenti

Xəbər lenti