...

Sabirabad intellektual klubu yaradıldı

Cəmiyyət Materials 26 İyul 2012 15:01 (UTC +04:00)
Xəzər İntellektual Gənclər Klubu və Sabirabad rayon Gənclər və idman idarəsi Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə Sabirabad rayonunda intellektual klubun yaradılması barədə qərar qəbul ediblər.
Sabirabad intellektual klubu yaradıldı

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Xəzər İntellektual Gənclər Klubu və Sabirabad rayon Gənclər və idman idarəsi Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə Sabirabad rayonunda intellektual klubun yaradılması barədə qərar qəbul ediblər.

Azərbaycan İntellektual Oyunlar Federasiyasından Trend-ə verilən məlumata görə, regionlarda yaradılan intellektual klublarda birləşən gənclər sentyabr ayından etibarən fəaliyyətə başlayacaq Regional Oyunlar Liqasında intellektual oyunların sirrini öyrənəcək və bu liqanın oyunlarında iştirak edəcəklər.

Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev isə qeyd etdi ki, rayonda uzun müddətdir Gənclər evi fəaliyyət göstərir. O, Gənclər evində ölkə və zona əhəmiyyətli tədbirlərin keçirildiyini vurğulayaraq intellektual klubun da bu əlverişli məkandan yararlanacağını dedi.

Qeyd edək ki, Azərbaycan İntellektual Oyunlar Federasiyası regionlarda gənclərin intellektual klublarının yaradılmasını davam etdirir. Quba, Beyləqan, Göygöl və Sabirabadda klublar təsis edilib.

Xəbər lenti

Xəbər lenti