...

Azərbaycan bölgələrində yaşayan əlillərə səyyar formada protez-ortopedik bərpa xidməti göstərilir (FOTO)

Cəmiyyət Materials 27 İyul 2012 15:25 (UTC +04:00)
Azərbaycan regionlarında yaşayan əlil vətəndaşların protez-ortopediya məmulatları ilə təminatı onların yaşadıqları bölgədə səyyar şəkildə həyata keçirilir. Bu sahədə növbəti tədbir kimi, iyulun 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki briqadası tərəfindən Şəki şəhərində bir qrup əlilə səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.
Azərbaycan bölgələrində yaşayan əlillərə səyyar formada protez-ortopedik bərpa xidməti göstərilir (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan regionlarında yaşayan əlil vətəndaşların protez-ortopediya məmulatları ilə təminatı onların yaşadıqları bölgədə səyyar şəkildə həyata keçirilir. Bu sahədə növbəti tədbir kimi, iyulun 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki briqadası tərəfindən Şəki şəhərində bir qrup əlilə səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ümumiyyətlə, son üç gün ərzində həmin briqada tərəfindən Şamaxı-Şəki bölgəsi üzrə 40 nəfərə yaxın əlil şəxs protez-ortopedik bərpa xidməti ilə təmin edilib.

Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini Saday Abdullayev KİV-ə müsahibəsində bildirib ki, Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, ölkədə əlilliyi olan şəxslərin protez-ortopediya məmulatları ilə təmin edilməsi işləri ambulator, stasionar formada olmaqla yanaşı, səyyar formada da həyata keçirilir.

Belə ki, müxtəlif bölgələrdə yaşayan, dayaq-hərəkət sistemi pozulmuş, protez-ortopediya məmulatlarına ehtiyac duyan əlil şəxslər səyyar tibbi-texniki briqadalar tərəfindən yaşadıqları regionlarda protez-ortopediya və reabilitasiya xidməti ilə təmin olunurlar. Qeyd olunub ki, il ərzində Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 5500-dən çox əlil şəxsə, o cümlədən müxtəlif bölgələrdə səyyar formada 300 nəfərə yaxın əlil şəxsə protez-ortopediya xidməti göstərilir.

Həmin gün Şəki şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində keçirilən iclasda isə bölgədə yaşayan əlillərin müraciətlərinə baxılması sahəsində vəziyyət geniş müzakirə olunub, yerli strukturlara müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti