Azərbaycan, Bakı, 30 iyul / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulolunanların dairəsi genişləndirilib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Gənclər və İdman Nazirliyinin təklifi ilə "Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı"na dəyişiklik edilib.
Dəyişikliyə görə, olimpiya oyunları və olimpiya idman növləri üzrə dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.