...

Bakıda özünü vəkil kimi təqdim edən şəxsin qanunsuz əməlləri ifşa olunub

Cəmiyyət Materials 31 İyul 2012 14:50 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Bakı şəhər sakini Fətəliyeva Ülkər Hacıkişi qızının ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb
Bakıda özünü vəkil kimi təqdim edən şəxsin qanunsuz əməlləri ifşa olunub

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda özünü vəkil kimi təqdim edən şəxsin qanunsuz əməlləri ifşa olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Bakı şəhər sakini Fətəliyeva Ülkər Hacıkişi qızının ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilmişdir ki, özünü vəkil kimi təqdim edən Bəşirov Emin Yusif oğlu Ülkər Fətəliyevanın keçmiş həyat yoldaşından mənzil və digər maddi ödənişləri məhkəmə yolu ilə alacağına köməklik göstərəcəyini vəd edərək ondan 1.000 manat məbləğində pul almaqla dələduzluq edib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti