...

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə riyaziyyat imtahanının nəticələri məlum olub

Cəmiyyət Materials 6 Avqust 2012 18:35 (UTC +04:00)
Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş riyaziyyat imtahanının nəticələri məlum olub.
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə riyaziyyat imtahanının nəticələri məlum olub

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş riyaziyyat imtahanının nəticələri məlum olub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 1-3 avqust tarixlərində keçirilmiş növbəti imtahanın nəticələrinə görə, 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub.

Qeyd edək ki, ingilis dili fənni üzrə imtahanlar avqustun 6-dan 10-dək davam edəcək. İmtahanda 2731 nəfər namizəd 247 vakant yer üzrə mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti