...

TQDK mətbuatın test tapşırıqlarında səhvlər olduğu iddiası ilə bağlı məsələyə aydınlıq gətirib

Cəmiyyət Materials 9 Avqust 2012 12:08 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mətbuatda test tapşırıqlarında səhvlər olduğu iddiası ilə bağlı məsələyə aydınlıq gətirib.
TQDK mətbuatın test tapşırıqlarında səhvlər olduğu iddiası ilə bağlı məsələyə aydınlıq gətirib

Azərbaycan, Bakı, 9 avqust /Trend müxbir M.Əliyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mətbuatda test tapşırıqlarında səhvlər olduğu iddiası ilə bağlı məsələyə aydınlıq gətirib.

Trend-in məlumatına görə, TQDK-nın mətbuat xidmətindən cümə axşamı bildiriblər ki, həmin yazılarda müəllif ciddi elmi-pedaqoji fikirlərə söykənməyən, əsassız və qərəzli fikirlər səsləndirib.

"Müəllif tez-tez tapşırıqların orta məktəb dərsliklərinə əsaslanmadan tərtib olunduğunu vurğulayır, yeri gəldikcə öz subyektiv baxışlarını qəbul olunmuş elmi fikirlər kimi təqdim edir. O, əksər hallarda "irad" bildirdiyi test tapşırıqlarının tam mətnini təqdim etmir, bəzi testlərin isə, ümumiyyətlə, şərtini təhrif olunmuş şəkildə verməklə oxucuda yanlış təsəvvür yaratmağa çalışır", - TQDK-dan bildirilib.

Komissiya öz rəsmi saytında səhv olduğu iddia edilən test tapşırıqlarını yerləşdirib və ətraflı izahatını təqdim edib.

Xəbər lenti

Xəbər lenti