...

Bakıda ət bazarlarında reydlər keçirilir (FOTO)

Cəmiyyət Materials 11 Avqust 2012 12:40 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Bakı şəhər ərazisindəki ət qəbulu məntəqələrində və bazarlarda bu gündən reydlərə başlayıb.
Bakıda ət bazarlarında reydlər keçirilir (FOTO)

Azərbaycan, Bakı, 11 avqust /Trend müxbir K.Zərbalıyeva/

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Bakı şəhər ərazisindəki ət qəbulu məntəqələrində və bazarlarda bu gündən reydlərə başlayıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, reydlər bir neçə ət qəbulu məntəqəsində, Təzə bazar, 8-ci km bazarı, Keşlə bazarı, Dərnəgül topdansatış ət məntəqəsində, eləcə də "Bakı" kinoteatrı yaxınlığında təşkil olunmuş yarmarkada keçirilib.

Səhər saat 4-5 radələrində başlanan tədbir zamanı adları çəkilən obyektlərdə baytarlıq-sanitariya qaydalarının pozulmadığı, müxtəlif rayonlardan gətirilən heyvan və heyvan mənşəli məhsullarıın baytarlıq sənədləri əsasında gətirildiyi aşkar olunub.

Reyd zamanı rast gəlinən kiçik nöqsanların aradan qaldırılması baytar mütəxəssislərindən tələb edilib və lazımi tövsiyələr verilib.

Xidmət reydləri davam etdirəcək.

Dövlət Baytarlıq Xidməti bildirir ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınmasına nəzarət olunur.

Xəbər lenti

Xəbər lenti