...

Azərbaycanda bəzi turizm şirkətləri qiymətləri süni şəkildə aşağı salmağı dayandırıblar

Cəmiyyət Materials 4 Sentyabr 2012 17:12 (UTC +04:00)
Azərbaycanda qiymətləri süni şəkildə aşağı salan (dempinq) bəzi turizm şirkətləri artıq bunu dayandırıblar.
Azərbaycanda bəzi turizm şirkətləri qiymətləri süni şəkildə aşağı salmağı dayandırıblar

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qiymətləri süni şəkildə aşağı salan (dempinq) bəzi turizm şirkətləri artıq bunu dayandırıblar. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, yay turizm mövsümünün əvvəlində bəzi turizm şirkətləri tərəfindən qiymətlərin süni şəkildə aşağı salınması ilə əlaqədar AzTA-ya müraciətlər edilmişdi. Aparılan araşdırmalar zamanı da dempinq faktları aşkarlanmışdı.

"Biz də buna görə bəzi şirkətlərə tövsiyə xarakterli məktublar göndərdik ki, belə işləmək olmaz. O şirkətlər bizim məktublarımızdan nəticə çıxardılar", - Bağırov əlavə edib.

O deyib ki, builki yay turizm mövsümü hələ yekunlaşmayıb. Amma mövsümün sonlarında dempinqlə bağlı faktlar aşkar edilməyib.

Bağırov onu da əlavə edib ki, ötən ilə nisbətən builki mövsümdə həm ölkəyə gələn, həm də ölkədən gedən turistlərin sayı artıb. AzTA sədri bunu yeni çarter reyslərinin açılması ilə əlaqələndirib.

"Bu il Xorvatiyaya mütəmadi olaraq çarter resyləri yerinə yetirilirdi. Biz çarter reyslərinin sayını artıracağıq. Bu ilin sonuna, gələn ilin əvvəlinə kimi yeni çarter reysləri də olacaq", - Bağırov qeyd edib.

Xəbər lenti

Xəbər lenti