...

TQDK sədri: Ali məktəbə qəbul olan tələbələrin təhsil formasını özləri seçməsi bəzi məktəblərdə problemlər yaradıb

Cəmiyyət Materials 7 Sentyabr 2012 11:46 (UTC +04:00)
2012-2013-cü təsdris ili üçün ali məktəblərin bakalavr səviyyəsi üzrə qəbul olan abituriyentlərin çoxu əyani, magistratura səviyyəsi üzrə qiyabi təhsil formasını seçiblər.
TQDK sədri: Ali məktəbə qəbul olan tələbələrin təhsil formasını özləri seçməsi bəzi məktəblərdə problemlər yaradıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2012-2013-cü təsdris ili üçün ali məktəblərin bakalavr səviyyəsi üzrə qəbul olan abituriyentlərin çoxu əyani, magistratura səviyyəsi üzrə qiyabi təhsil formasını seçiblər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ildən əyani və qiyabi təhsil formasını tələbələr ali məktəblərdə öz arzuları ilə seçiblər. Bu isə bəzi ali məktəblərdə problemlər yaradıb.

Abbaszadə deyib ki, Bakı Dövlət Universitetinə bakalavr səviyyəsi üzrə qəbul olunanların sayı 3000 nəfərdən çox olsa da, onların yalnız 90-ı qiyabi təhsil formasını seçib.

TQDK sədrinin sözlərinə görə, təhsil formasının ali məktəblərdə tələbələrin istəyi ilə seçilməsi universitetlərlə razılaşdırılıb.

"Buna görə də, universitet özü təhsil formaları üzrə təhsili təşkil etməlidir. Əgər təşkil edə bilmirsə, onda qəbul planını təqdim etdikdə deməlidir ki, bu yerlər yalnız ödənişlidir", - Abbaszadə əlavə edib.

O bildirib ki, əgər ali məktəblər həqiqətən də Boloniya prosesinə keçibsə, onda bu problemləri özləri həll edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti