...

Azərbaycanda rezidentlərin əməkhaqları artırılacaq

Cəmiyyət Materials 11 Sentyabr 2012 13:25 (UTC +04:00)
Azərbaycanda rezidentura səviyyəsi üzrə təhsil alanların əmək haqları artırılacaq.
Azərbaycanda rezidentlərin əməkhaqları artırılacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir I.Isabalayeva/

Azərbaycanda rezidentura səviyyəsi üzrə təhsil alanların əmək haqları artırılacaq. Trend-in məlumatına görə, bunu millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov çərşənbə axşamı rezidenturaya ixtisas seçiminə buraxılan namizədlərlə görüşündə deyib.

Onun sözlərinə görə, həkimlərin əməkhaqları artıqca, rezidentlərin əməkhaqları da yüksələcək.

Artıq bununla bağlı müvafiq qurumlarla razılığa gəlinib.

"Bu məsələ ilə bağlı dəfələrlə cıxış etmişəm. Artıq bu məsələ ilə bağlı razılığa gəlinib", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti