...

Azərbaycanda valideynlər övladlarının təhsilini SMS vasitəsilə öyrənə biləcəklər

Cəmiyyət Materials 13 Sentyabr 2012 11:45 (UTC +04:00)
Azərbaycanın sistemli inteqrator funksiyasını icra edən İT şirkəti "Ultra" sistemin texniki cəhətdən qurulmasının həvalə olunduğu struktur qismində seçilib
Azərbaycanda valideynlər övladlarının təhsilini SMS vasitəsilə öyrənə biləcəklər

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Elektron gündəlik" (е-gündəlik) layihəsi çərçivəsində valideynlərə şagirdlərin müvəffəqiyyət dərəcəsi barədə SMS xəbərdarlığı "Elektron məktəb" (e-school) layihəsinə qoşulan bütün məktəblərdə tətbiq ediləcək. Bu barədə cümə axşamı Trend-ə "Ultra" şirkətindən bildirilib.

Azərbaycanın sistemli inteqrator funksiyasını icra edən İT şirkəti "Ultra" sistemin texniki cəhətdən qurulmasının həvalə olunduğu struktur qismində seçilib.

Bu gün "Elektron məktəb" layihəsinə qoşulan tədris müəssisələrinin sayı 39 ədədə çatır. İlin sonunadək bu rəqəmin 50-ə qədər çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti