...

Azərbaycanda Böyük Vətən müharibəsi iştirakçılarının pensiyaları artırılacaq

Cəmiyyət Materials 13 Sentyabr 2012 15:20 (UTC +04:00)
Azərbaycanda Böyük Vətən müharibəsində iştirak edənlərin pensiyaları artırılacaq. Trend-in məlumatına görə, bu barədə müddəa Milli Məclisdə hazırlanan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.
Azərbaycanda Böyük Vətən müharibəsi iştirakçılarının pensiyaları artırılacaq

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Böyük Vətən müharibəsində iştirak edənlərin pensiyaları artırılacaq. Trend-in məlumatına görə, bu barədə müddəa Milli Məclisdə hazırlanan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Milli Məclisin Sosial siyasət komitəsinin cümə axşamı keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib ki, əvvəl Böyük Vətən müharibəsi iştirakçıları və veteranlarının pensiyası fərqli hesablansa da, qanuna dəyişikliklə onlar arasındakı fərq aradan qaldırılacaq.

"Beləliklə, hazırda Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50% əlavə ödəmə nəzərdə tutulubsa, hazırlanan dəyişiklik qəbul olunandan sonra baza hissəsinə bu əlavə 90% təşkil edəcək", - Rəcəbli deyib.

"Əmək pensiyaları haqqında" qanuna təklif olunan digər dəyişikliklər də Sosial siyasət komitəsinin iclasında qaldırılıb və qeyd olunub ki, həmin dəyişikliklər bu sahədə artıq qəbul olunmuş digər qanunlarla uyğunlaşdırılma məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti