...

Misir Mərdanov: Azərbaycanda məktəb direktorlarının hamısı lider məqamına çata bilməyib

Cəmiyyət Materials 14 Sentyabr 2012 15:14 (UTC +04:00)
Azərbaycanda məktəb direktorlarının heç də hamısı çalışdığı kollektivdə lider məqamına çata bilməyib. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzeti üçün yazdığı məqalədə bildirib.
Misir Mərdanov: Azərbaycanda məktəb direktorlarının hamısı lider məqamına çata bilməyib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda məktəb direktorlarının heç də hamısı çalışdığı kollektivdə lider məqamına çata bilməyib. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzeti üçün yazdığı məqalədə bildirib.

O deyib ki, hazırda cəmiyyət və dövlət tərəfindən təhsilə yüksək tələblərin irəli sürüldüyü bir vaxtda məktəb direktoru rəhbərlik etdiyi pedaqoji kollektivin lideri səviyyəsində olmalıdır. Bu günün məktəb direktoru elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodiki cəhətdən kamilliyi, idarəetmə bacarığı, prinsipiallığı, yaradıcılığı, təşəbbüskarlığı, mədəni səviyyəsi, cəmiyyətdə nüfuzu və digər bu kimi cəhətləri ilə fərqlənməlidir.

Növbəti illər üçün nəzərdə tutulan hədəflərin bir çoxunun reallaşdırılması da məktəb direktorunun liderlik amilindən asılıdır. Ona görə də məktəb rəhbərlərinin düzgün seçilməsi, peşəkarlıq səviyyələrinin artırılması, müasir idarəetmə texnologiyalarına yiyələnmələrinin təmin edilməsi yaxın gələcəkdə əsas hədəflərdən hesab olunur.

"Məlumdur ki, ən yüksək peşəkarlıqla hazırlanan sənədlər belə, yerlərdə lazımi səviyyədə icra edilməzsə, öz dəyərini itirmiş olur. Bu cür halların baş verməməsi isə bilavasitə rayon və şəhərlərdə təhsilə, təhsil müəssisələrinə rəhbərlik edən şəxslərdən asılıdır", - nazir deyib.

O əlavə edib ki, hər hansı bir məktəbdə dövlətin təhsil siyasətinin tələblərinin həyata keçirilməsinə səriştəli rəhbərlik edilmirsə, müəssisədə yaradıcı, təşəbbüskar iş atmosferi yaradılmırsa, təhsil prosesinə peşəkar səviyyədə pedaqoji nəzarət təmin edilmirsə, bu zaman bütövlükdə müəllimlərin də səmərəli fəaliyyətindən danışmaq əbəsdir.

Xəbər lenti

Xəbər lenti