...

Bakının iri ticarət mərkəzində yanğın nəticəsində baş vermiş zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 16 Sentyabr 2012 19:18 (UTC +04:00)
Bakının iri ticarət mərkəzində yanğın nəticəsində baş vermiş zəhərlənmə faktla bağlı cinayət işi açılıb
Bakının iri ticarət mərkəzində yanğın nəticəsində baş vermiş zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Bakının "Binə" ticarət mərkəzində generatorun yanması nəticəsində zəhərlənmə faktı ilə bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bazar günü bildirib.

Qeyd edək ki, generatorun yanması nəticəsində tüstü udmasından 70-dən çox adam zəhərlənmişdi. Xəsarət alanlardan 65 nəfər artıq evə buraxılıb.

Generatorun yanması insanlar arasında kiçik cüzi təşviş yaradıb, ancaq bir müddət sonra ticarət mərkəzi normal qaydada işini davam etdirib.

Xəbər lenti

Xəbər lenti