...

"Neft, Qaz və Media" konfransı başa çatdı

Cəmiyyət Materials 19 Sentyabr 2012 18:20 (UTC +04:00)
Sentyabrda 17-19 Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən "Neft, Qaz və Media" konfransı başa çatıb.
"Neft, Qaz və Media" konfransı başa çatdı

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrda 17-19 Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən "Neft, Qaz və Media" konfransı başa çatıb.

Konfransda dünyanın 27 ölkəsinin neft mütəxəsisləri, alimləri və media nümayəndələri iştirak ediblər. Onların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Bolqarıstan, Xorvatiya, Macarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Nigeriya, Cənubi Afrika kimi ölkələr də var.

Azərbaycan Dövlət Neft Şirkəti tədbirin əsas sponsoru olub. Avropa Şurası, "Open Oil", IREX, The Trans Adriatic Pipeline (TAP), Neft, Qaz və Enerji Hüququ (NQEH), "Oil and Gas Eurasia Magazine", "Upstream Newspaper and Worldoils" konfransa tərəfdaşlıq ediblər. Digər tərəfdaşlar isə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM), "Azeri Press" (APA) və Trend informasiya agentlikləri olub.

"Reuters", "Financial Times", "Əl-Cəzirə", "Forbes", "The Dallas Morning News" kimi dünyanın aparıcı media qurumlarının çox nüfuzlu nümayəndələri də konfransın işində yaxından iştirak ediblər.

Konfransda "Neft və mətbuat azadlığı - Çirkli sularda buruq?", "Risk və mükafatlandırma", "Məsələnin izlənilməsi (gündəmdə saxlanılması): hökumət sizə nə deməlidir", "Tədqiqat, çıxarma və təhlükəsizlik", "Mənim ölkəm neftlə zəngindir, bəs mən niyə belə kasıbam?", "Bakı: qara qızıl paytaxtı", "Neft kampaniyaları tərəfindən sosial medianın ictimai fikirlərlə mübarizədə istifadəsi" adlı mövzular müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti