...

"Təmiz Şəhər" Beynəlxalq Bərk Məişət Tullantıları Konqresində iştirak edib (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2012 11:59 (UTC +04:00)
Tullantıların idarə olunması dünya ölkələrinin diqqət mərkəzində duran mühüm məsələlərdəndir. Məhz bu səbəbdən 17-19 sentyabr tarixlərində dünyanın bir çox ölkələrinin hökumət nümayəndələri, elm xadimləri, tullantıların idarəolunması sahəsində aparıcı şirkətlərin nümayəndələri tullantıların idarə edilməsi sənayesinin effektivliyini müzakirə etmək məqsədilə İtaliyanın Florensiya şəhərində keçirilən Beynəlxalq Bərk Məişət Tullantıları Konqresinə toplaşıblar.
"Təmiz Şəhər" Beynəlxalq Bərk Məişət Tullantıları
Konqresində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Tullantıların idarə olunması dünya ölkələrinin diqqət mərkəzində duran mühüm məsələlərdəndir. Məhz bu səbəbdən 17-19 sentyabr tarixlərində dünyanın bir çox ölkələrinin hökumət nümayəndələri, elm xadimləri, tullantıların idarəolunması sahəsində aparıcı şirkətlərin nümayəndələri tullantıların idarə edilməsi sənayesinin effektivliyini müzakirə etmək məqsədilə İtaliyanın Florensiya şəhərində keçirilən Beynəlxalq Bərk Məişət Tullantıları Konqresinə toplaşıblar.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kknqresin əsas müzakirə obyekti bu yaxınlarda keçirilmiş "RİO+20" sammitində qaldırılan inkişaf etmiş ölkələrdə tullantıların idarəolunması sahəsindəki böhran, ən effektiv texnoloji və siyasi həll yolları olub. Hər bir qitədən 900-dən artıq nümayəndə tullantıların idarə olunması sahəsindəki irəliləyişlərlə tanış olmuş və bu sahədəki nailiyyətlərini bölüşüblər.

Müxtəlif ölkələrdən 245 məruzəçi tullantıların idarəedilməsi sahəsində təcrübə və fikirlərini iştirakçılarla paylaşıblar. Akademiklər tədqiqatlarının və araşdırmalarının nəticələri haqqında məlumat verib, sənaye spikerləri isə texnologiya və yeniliklərini nümayiş etdiriblər.

Tədbirdə "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə tullantıların idarəoluması sahəsininin inkişafı haqqında məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda bu sahədə görülən işlər, "Təmiz Şəhər" ASC-nin həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilib. Qeyd olunub ki, tullantıların idarə olunması sənayesi ölkəmizdə yenicə formalaşmağa başlayan sahə olmasına baxmayaraq, son zamanlar bu sahədə böyük irəliləyişlər edilib.

İbrahimov qeyd edib ki, tullantıların düzgün idarəedilməsi sisteminin yaradılması məqsədilə müasir standartlara uyğun poliqonun qurulması, ildə 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231 milyon kvt/s enerji istehsal edəcək zavod və illik 200 min ton gücə malik tullantıların çeşidlənməsi zavodlarının tikintisi üzrə işlər yekunlaşmaq üzrədir. Eko-Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər, nəzərdə tutulan tədbirlər və Azərbaycanda yaşıl biznesin inkişaf imkanları barədə tədbir iştirakçılarına geniş məlumat verən İbrahimov tullantıların idarəedilməsi sahəsində Azərbaycan təcrübəsinin inkişaf etməkdə olan ölkələr üçün uğurlu nümunə ola biləcəyini vurğulayıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti

Xəbər lenti