...

Əmək Nazirliyində TÜSİAB nümayəndələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2012 13:30 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyri-leqal məşğulluğun aradan qaldırılması sahəsində həyata keçirilən inzibati tədbirlərlə yanaşı, sahibkarlara milli qanunvericiliyin tələbləri barədə məlumatlar aşılayan, izahatverici görüşlərin keçirilməsinə də xüsusi önəm verilir.
Əmək Nazirliyində TÜSİAB nümayəndələri ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyri-leqal məşğulluğun aradan qaldırılması sahəsində həyata keçirilən inzibati tədbirlərlə yanaşı, sahibkarlara milli qanunvericiliyin tələbləri barədə məlumatlar aşılayan, izahatverici görüşlərin keçirilməsinə də xüsusi önəm verilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir kimi, sentyabrın 21-də nazirlikdə Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) nümayəndələri ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev bildirib ki, bir qədər öncə, sentyabrın 11-də Qəbələdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında ölkələrimiz arasında qardaşlıq, tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi bir daha təsdiqini tapıb.

Qeyd olunub ki, Türkiyə iş adamlarının yatırımları xüsusən ölkəmizin qeyri-neft sektorunda öz həcminə görə ilk sıralarda yer alıb. Türkiyə iş adamlarının respublikamızda iş qurmalarında Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti - TÜSİAB önəmli bir rola malikdir. 1994-cü ilin noyabrında qurulan bu təşkilat qardaş ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verir. Hazırda TÜSİAB 30 mindən çox işçi tutumuna malik olan 230-dan çox müəssisəni özündə birləşdirir. Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu təşkilatla əməkdaşlığı xüsusi önəm kəsb edir.

Görüşdə türk iş adamlarına məxsus müəssisələrdə əmək qanunvericiliyinə əməl olunması sahəsində vəziyyət təhlil olunub, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən TÜSİAB-a üzv şirkətlərdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilərkən aşkar edilmiş pozuntu faktları, əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi zərurəti bir daha diqqətə çatdırılıb. Tədbirdə həmçinin əmək qanunvericiliyindən irəli gələn tələblər barədə ətraflı məlumatlar verilib, dövlət nəzarəti həyata keçirilərkən əmək müfəttişləri tərəfindən yoxlanılan norma və qaydalar toplusu TÜSİAB üzvlərinə paylanılıb.

Xəbər lenti

Xəbər lenti