...

Bakıda mülki müdafiə ərazi qüvvələrinin məşqi keçirilib

Cəmiyyət Materials 21 Sentyabr 2012 17:45 (UTC +04:00)
ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Fövqəladə Hallar Nazirliyi Nizami rayon Mülkü müdafiə şöbəsi ilə birgə ərazi qüvvələrinin xəbərdarlıq toplanış məşqi keçirilib.
Bakıda mülki müdafiə ərazi qüvvələrinin məşqi keçirilib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Fövqəladə Hallar Nazirliyi Nizami rayon Mülkü müdafiə şöbəsi ilə birgə ərazi qüvvələrinin xəbərdarlıq toplanış məşqi keçirilib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, tədbirin keçirilməsində məqsəd rabitə və xəbərdarlıq sisteminin, fövqəladə hallar zamanı mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yoxlanılması olub.

Nazirliyin nümayəndələri tərəfindən ərazidə mülki müdafiə üzrə ixtisaslaşdırılmış maşın-mexanizmlərə baxış keçirilib. Mümkün fövqəladə hadisələr zamanı davranış qaydalarının mülki müdafiə dəstələrinin üzvləri tərəfindən mənimsənilməsi və ilk tibbi yardımın göstərilməsi, o cümlədən fərdi mühafizə vasitələrinin vəziyyəti yoxlanılıb.

Zavodda baş verə biləcək istehsalat qəzalarının və təbii fəlakətlərin nəticələrinin operativ surətdə aradan qaldırılmasına, stabil iş rejiminin təmin olunmasına, qəza-xilasetmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsinə ciddi diqqət yetirilməsi, mülki müdafiə dəstələrinin və mühafizə qurğularının daim hazır vəziyyətdə saxlanılması istiqamətində görülən işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Xəbər lenti

Xəbər lenti