...

Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək bunu təkrarlamamağa çalışmalıdır – britaniyalı ekspert

Cəmiyyət Materials 26 Sentyabr 2012 11:06 (UTC +04:00)
Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək bunu təkrarlamamağa çalışmalıdır.
Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək bunu təkrarlamamağa çalışmalıdır – britaniyalı ekspert

Azərbaycan, Bakı, 26 sentyabr /Trend müxbir M.Əliyev/

Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək bunu təkrarlamamağa çalışmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü "Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Böyük Britaniya Milli Jurnalistlər İttifaqının eksperti Arjuman Vacid bildirib.

Ekspert "Etik media mühitinin inkişafında jurnalist ittifaqlarının rolu" mövzusunda etdiyi təqdimatda Britaniyada jurnalist həmkarlar təşkilatlarının bayağı, qeyri-etik şəkillərlə və məlumatlarla oxucu cəlb edilməsinə qarşı apardığı mübarizədən danışıb.

Vacid deyib ki, medianın gücü onun məsuliyyətində, onun cəmiyyəti məlumatlandırması, ölkədəki cari durumu qiymətləndirməsindədir. "Medianın vəzifəsi həm qərar qəbul edən yuxarı idarəçilik orqanlarını cəmiyyətin problemləri barədə məlumatlandırmaq, həmçinin ölkənin bir hissəsində baş verən hadisələrlə digər hissədəki insanları məlumatlandırmaqdır", - britaniyalı ekspert deyib.

O bildirib ki, jurnalistlərin davranışlarını yoxlayarkən onların iş mühitinə, onlara qarşı olunan təzyiqlərə fikir vermək lazımdır.

"Jurnalistlərin azadlığa, kommersiya təzyiqindən qorunmağa ehtiyacı var", - ekspert deyib.

Vacid, həmçinin Azərbaycanda qadınların ictimai həyatda daha aktiv olmasını arzulayıb.

"Mən 20 ildir Azərbaycana gəlirəm, burada keçirilən beynəlxalq konfranslarda iştirak etmişəm, amma yenə də bu tədbirlərdə qadınların aktiv iştirakını görmürəm", - o deyib.

Bakıd keçirilən ikigünlük konfrans "Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan" layihəsi çərçivəsində təşkil olunur.

Xəbər lenti

Xəbər lenti