...

Sabah Azərbaycanda havanın temperaturu 34 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 1 Oktyabr 2012 12:59 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
Sabah Azərbaycanda havanın temperaturu 34 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda havanın temperaturu 34 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Biometeoroloji amillərin normal sutkalıq gedişi, o cümlədən temperatur rejiminin oktyabr ayı üçün bir qədər yüksək olması meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti

Xəbər lenti