...

Azərbaycanın bəzi ərazilərində hava şəraiti qısa müddətə dəyişəcək

Cəmiyyət Materials 3 Oktyabr 2012 12:15 (UTC +04:00)
Oktyabrın 4-də və 5-də Azərbaycanın bəzi ərazilərində yenidən yağış yağacaq.
Azərbaycanın bəzi ərazilərində hava şəraiti qısa müddətə dəyişəcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Oktyabrın 4-də və 5-də Azərbaycanın bəzi ərazilərində yenidən yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev çərşənbə günü Trend-ə bildirib ki, oktyabrın 4-də və 5-də ölkə ərazisində havanın temperaturunda ciddi dəyişiklik olmayacaq. Ancaq oktyabrın 4-də dağlıq və dağ ətəyi rayonlarda şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Oktyabrın 5-də isə gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir.

Verdiyev Bakıda da hava şəraitində ciddi dəyişikliyin baş verməyəcəyini qeyd edib. O, deyib ki, yaxın 2 gün ərzində Bakıda gündüz saatlarında havanın temperaturu 25-28, Aran rayonlarında 25-30, dağlıq rayonlarda isə 19-24 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti