...

Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya almaq istəyənlər gələn ildən sənədlərini yalnız elektron formada verəcəklər

Cəmiyyət Materials 5 Oktyabr 2012 15:23 (UTC +04:00)
Azərbaycanda gələn il aprelin 1-dən turizm şirkətləri, mehmanxana və mehmanxana tipli obyektlərin müvafiq lisenziya alması üçün sənəd qəbulu yalnız elektron formada həyata keçiriləcək.
Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya almaq istəyənlər gələn ildən sənədlərini yalnız elektron formada verəcəklər

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gələn il aprelin 1-dən turizm şirkətləri, mehmanxana və mehmanxana tipli obyektlərin müvafiq lisenziya alması üçün sənəd qəbulu yalnız elektron formada həyata keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bu il oktyabrın 1-dən turizm, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün sənədlərin elektron formada qəbuluna başlanılıb. Bunda məqsəd müasir və çevik idarəetmənin təmin edilməsi, hüquqi və fiziki şəxslərə turizm və mehmanxana fəaliyyətinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi, lisenziyaların verilməsi prosesində şəffaflığın artırılması, lisenziya almış turizm şirkətlərinin, mehmanxana və mehmanxana tipli obyektlərin elektron məlumat bazasının yaradılmasıdır.

Turizm şirkətləri, mehmanxana və mehmanxana tipli obyektlər Mədəniyyət və Turizm Nazirliyinin göstərdiyi elektron xidmətlərdən istifadə etmək üçün www.e-services.mct.gov.az elektron ünvanına müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti