...

Azərbaycanda borcu olan abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaq

Cəmiyyət Materials 9 Oktyabr 2012 16:00 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 15 oktyabr 2012-ci il, saat 11:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Azərbaycanda borcu olan abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaq

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 15 oktyabr 2012-ci il, saat 11:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaq ki, bu da abonentlərə müəyyən problemlər yaradacaqdır.

"Bakıelektrikşəbəkə" abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələrini xahiş edir.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin şəbəkənin internet saytı (www.bes.az) vasitəsilə onlayn olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti