...

Azərbaycan əhalisinin sayı artıb

Cəmiyyət Materials 11 Oktyabr 2012 13:15 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 91,7 min nəfər artaraq 2012-ci il oktyabrın 1-i vəziyyətinə 9327 min nəfərə çatıb. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Azərbaycan əhalisinin sayı artıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 91,7 min nəfər artaraq 2012-ci il oktyabrın 1-i vəziyyətinə 9327 min nəfərə çatıb. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 108 nəfər olub. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1015 qadın düşür.

2012-ci ilin doqquz ayı ərzində 131,2 min və ya hər gün orta hesabla 479 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 19,3-dən 19,1-dək azalıb. Körpələrin 1444-ü əkiz, 33-ü isə üçəm doğulub.

Сari ildə doğulan körpələr üçün 73,9 yaş, o cümlədən oğlanlar üçün 71,2 yaş, qızlar üçün 76,6 yaş ömür uzunluğu gözlənilir.

Yanvar-sentyabr aylarında ölkədə 62,3 min nikah və 8,3 min boşanma halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,3-dən 9,0-dək azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalıb.

2012-ci ilin doqquz ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,6 min nəfər gəlib və 0,2 min nəfər ölkədən gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti