...

İstintaq təcridxanasına narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2012 18:44 (UTC +04:00)
Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
İstintaq təcridxanasına narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Penitensiar Xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 15-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş 1986-cı il təvəllüdlü təqsirləndirilən şəxs Salahov Vahid İsrafil oğluna vətəndaş Həşimov Sənan Seyran oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman qoza bənzər içi kremli şirniyyatın içərisində 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,55 qr. olan narkotik maddə - "marixuana", 3 ədəd ümumi çəkisi 2,577 qr. olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti