...

Bakıda yol qəzaları ən çox hansı küçələrdə baş verir?

Cəmiyyət Materials 16 Oktyabr 2012 09:52 (UTC +04:00)
Bakıda yol qəzalarının daha çox baş verdiyi küçə və prospektlərin adları açıqlanıb.
Bakıda yol qəzaları ən çox hansı küçələrdə baş verir?

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yol qəzalarının daha çox baş verdiyi küçə və prospektlərin adları açıqlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin yanvar-sentyabr aylarında Heydər Əliyev prospektində 36 hadisə (14 ölüm, 34 xəsarət), Nobel prospektində 28 (8 ölüm, 33 xəsarət), Ziya Bünyadov prospektində 25 (4 ölüm, 24 xəsarət), Zığ yolunda 23 (9 ölüm, 23 xəsarət), Mərdəkan yolunda 20 (12 ölüm, 24 xəsarət), Babək prospektində 18 (8 ölüm, 14 xəsarət), Azadlıq prospektində 16 (4 ölüm, 18 xəsarət), Qara Qarayev prospektində 12 (4 ölüm, 13 xəsarət), Aeroport şosesində 9 (2 hadisə, 9 xəsarət) yol nəqliyyat hadisəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti