...

İsmayıllı rayonunda Belarus layihəsi üzrə Azərbaycan qaçqınları üçün kompleks tikiləcək

Cəmiyyət Materials 19 Oktyabr 2012 13:45 (UTC +04:00)
Oktyabrın sonunadək İsmayıllı rayonunda Belarus layihəsi üzrə Azərbaycan qaçqınları üçün yaşayış kompleksinin tikintisi haqqında sazişin imzalanması gözlənilir.
İsmayıllı rayonunda Belarus layihəsi üzrə Azərbaycan qaçqınları üçün kompleks tikiləcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

Oktyabrın sonunadək İsmayıllı rayonunda Belarus layihəsi üzrə Azərbaycan qaçqınları üçün yaşayış kompleksinin tikintisi haqqında sazişin imzalanması gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç deyib.

Yaşayış kompleksi 45 evdən ibarət olacaq. Belarus memarları Azərbaycanın maliyyələşdirəcəyi ilk pilot layihəni hazırlayıblar. Yaşayış kompleksinə xəstəxana, məktəb və digər obyektlər də daxil olacaq. Səfir qeyd edib ki, kompleksi Azərbaycan və Belarus inşaatçıları tikəcək.

Paskeviç onu da əlavə edib ki, yaxın vaxtlarda Azərbaycan və Belarus arasında sayca dördüncü Bakı-Minsk aviareysinin işə salınması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti