Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Oktyabrın 25-də respublikanın əksər bölgələrində arabir yağış yağacaq, havanın temperaturu oktyabr ayının iqlim norması daxilində olacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 25-də gecə və axşam bəzi yerlərdə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.