...

Rabitə Nazirliyi Qurban bayramı günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək

Cəmiyyət Materials 24 Oktyabr 2012 17:30 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi struktur bölmələrinə Qurban bayramı günlərində rabitə, internet, televiziya, radio və poçt şöbələrinin xidmətlərinin fasiləsiz işinin təmin olunması barədə tapşırıq verib.
Rabitə Nazirliyi Qurban bayramı günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək

Azərbaycan, Bakı, 24 oktyabr / Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi struktur bölmələrinə Qurban bayramı günlərində rabitə, internet, televiziya, radio və poçt şöbələrinin xidmətlərinin fasiləsiz işinin təmin olunması barədə tapşırıq verib. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən məlumat verilib.

Qurban bayramı ərəfəsində nazirlik borcu olan abonentlərin də [onların müraciəti əsasında] telefon xətlərinin fasiləsiz işinin təmin edilməsinə göstəriş verib.

Eləcə də nazirlik tərəfindən abonentlərin rahatlığı üçün əlavə tədbirlər görülməsi nəzərdə tutulub.

Rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət operatorlarının telekommunikasiya qovşaqları bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər.

Operatorların bütün struktur bölmələrinə təhlükəsizlik xidmətinin gücləndirilməsi və mümkün problemlərin operativ şəkildə aradan qaldırılması üçün regional qəza briqadalarının hazır vəziyyətə gətirilməsi tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti