...

Bu gün Bakının Yasamal rayonu susuz qalacaq

Cəmiyyət Materials 30 Oktyabr 2012 10:47 (UTC +04:00)
Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra bu ərazilərdə içməli su təchizatı fasiləsiz olacaq.
Bu gün Bakının Yasamal rayonu susuz qalacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Bu gün Bakının Yasamal rayonu susuz qalacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yasamal rayonunda yerləşən "+160 Qərb" su anbarından "Qızıl Şərq" adlanan hərbi şəhərcik istiqamətində yeni çəkilmiş 700 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar gün ərzində Yasamal rayonu Ş. Mehdiyev, A. Abbasov, Şərifzadə, M. Seyidov, Z. Xəlilov küçələrinə və Hüseyn Cavid prospektinin bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra bu ərazilərdə içməli su təchizatı fasiləsiz olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti