...

Azərbaycan beynəlxalq turizm sərgisinin tərəfdaşı olacaq

Cəmiyyət Materials 31 Oktyabr 2012 16:53 (UTC +04:00)
2013-cü ilin 6-10 mart tarixində Almaniyanın paytaxtı Berlində keçiriləcək "İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisində Azərbaycan "Konqres və Mədəniyyət" tərəfdaşı kimi çıxış edəcək.
Azərbaycan beynəlxalq turizm sərgisinin tərəfdaşı olacaq

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

2013-cü ilin 6-10 mart tarixində Almaniyanın paytaxtı Berlində keçiriləcək "İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisində Azərbaycan "Konqres və Mədəniyyət" tərəfdaşı kimi çıxış edəcək.

Trend çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, qeyd olunan sərgidə nazirliyin iştirakı ilə bağlı hazırlıq işlərinin aparılması məqsədilə cari ilin 16-19 oktyabr tarixində Turizm şöbəsinin müdir müavini Rauf Paşayev və Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov Berlin şəhərində səfərdə olublar.

Sərgidə Azərbaycan 112 kv.m.-lik əsas stendi ilə yanaşı, 21 kv.m.-lik ekoturizm stendi və 33 kv.m.-lik mədəniyyət stendi ilə təmsil olunacaq.

Sərgi günlərində Azərbaycan Forumu keçiriləcək və bu Forum çərçivəsində sərgi iştirakçıları və digər dəvət olunacaq qonaqlar üçün ölkəmizin turizm potensialının təqdimatı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti