...

Azərbaycanda miqrasiya sahəsində çalışanlar üçün yeni medallar təsis olunur

Cəmiyyət Materials 2 Noyabr 2012 14:00 (UTC +04:00)
Beləliklə, “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalları təsis olunub.
Azərbaycanda miqrasiya sahəsində çalışanlar üçün yeni medallar təsis olunur

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Milli Məclisin bu gün keçirilən iclasında "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar "Orden və medalların təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib.

Trend-in məlumatına görə, layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Beləliklə, "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medalları təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti