...

Azərbaycan Londonda keçirilən Beynəlxalq Turizm Sərgisində iştirak edir

Cəmiyyət Materials 5 Noyabr 2012 12:10 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi etdiyi geniş tərkibli nümayəndə heyəti bu gündən Böyük Britaniyanın London şəhərində keçirilən "WTM 2012" Beynəlxalq Turizm Sərgisində iştirak edir.
Azərbaycan Londonda keçirilən Beynəlxalq Turizm Sərgisində iştirak edir

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi etdiyi geniş tərkibli nümayəndə heyəti bu gündən Böyük Britaniyanın London şəhərində keçirilən "WTM 2012" Beynəlxalq Turizm Sərgisində iştirak edir.

Trend bazar ertəsi nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 8-də yekunlaşacaq sərgidə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir.

Sərgidə Azərbaycanı nazirliklə yanaşı, 11 yerli turizm şirkəti təmsil edir.

2002-ci ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "WTM" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Ötən il sərgidə ölkəmiz ilə yanaşı, 185 ölkədən 5117-ə yaxın şirkət təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti