...

Ukraynanın Nikolayev şəhərində Azərbaycan dilində xüsusi sinif fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2012 13:36 (UTC +04:00)
Ukraynanın Nikolayev şəhərində azərbaycanlı uşaqlar üçün tədrisi Azərbaycan dilində olan xüsusi sinif fəaliyyətə başlayıb.
Ukraynanın Nikolayev şəhərində Azərbaycan dilində xüsusi sinif fəaliyyətə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir M.Əliyev/

Ukraynanın Nikolayev şəhərində azərbaycanlı uşaqlar üçün tədrisi Azərbaycan dilində olan xüsusi sinif fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, şəhərin 42 nömrəli orta ümumtəhsil məktəbindəki xüsusi sinifdə həmin məktəbin 25-dən çox Ukrayna vətəndaşı olan azərbaycanlı şagirdləri həftə sonu iki gün Azərbaycanla bağlı fənnlərin tədrisinə cəlb olunublar.

Bu xüsusi sinif üçün müəllimlər də Azərbaycandan aparılıb.

Ümumilikdə 1000 nəfərdən çox şagirdi olan məktəbdə 42 azərbaycanlı uşaq oxuyur.

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev bildirib ki, Azərbaycan dili üzrə xüsusi siniflər Xarkov, Donetsk, Dnepropetrovsk, Kiyev və Simferopol şəhərlərində də fəaliyyətə başlayıb. Tağıyev təəssüflə qeyd edib ki, bəzi regionlarda azərbaycanlı valideynlər uşaqlarını həftəsonu bu siniflərə cəlb etməkdə passivlik göstərirlər. O qeyd edib ki, buna baxmayaraq, siniflər Ukraynanın digər azərbaycanlılar yaşayan bölgələrində də açılacaq.

"Dərs ləvazimatları da konqresin həmin şəhərlərdəki nümayəndələri tərəfindən Azərbaycandan gətirilir. Məqsəd Ukrayna vətəndaşlığı olan azərbaycanlı ailələrində doğulan uşaqların mütəmadi olaraq Azərbaycanla bağlı məlumatlandırılmasıdır", - Tağıyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti