Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının adları dəyişdirildikdə, Əmlak Məsələləri Dövlət Komitəsi 3 gün müddətində ünvan reyestrində müvafiq dəyişikliklərin edilməsini təmin edəcək.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı hökumət "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarına dəyişiklik edib.
Qərar gələn il yanvarın 1-dən qüvvəyə minəcək.