...

Ramil Usubov ATƏT nümayəndəsi ilə Azərbaycanda polis-media münasibətlərini müzakirə edib

Cəmiyyət Materials 9 Noyabr 2012 16:26 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə günü Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçi qəbul edib.
Ramil Usubov ATƏT nümayəndəsi ilə Azərbaycanda polis-media münasibətlərini müzakirə edib

Azərbaycan, Bakı, 9 noyabr / Trend müxbir M.Əliyev/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə günü Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçi qəbul edib. Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə nazir ATƏT-lə Daxili İşlər Nazirliyi arasındakı işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğu xatırladıb. O qeyd edib ki, təşkilatın Bakı Ofisinin fəaliyyətə başladığı 2000-ci ildən etibarən Nazirlik digər hüquq-mühafizə orqanları kimi regionda və respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Bakı ofisi və qonşu ölkələrdə yerləşən missiyaları, onların rəhbərləri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri yaradıb, aparılan islahatlar nəticəsində polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox layihələr həyata keçirilib.

Usubov bildirib ki, ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə Nazirliyin 2000-ə yaxın əməkdaşı iştirak edib.

Daxili işlər naziri onu da qeyd edib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı DİO-da xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür.

Dunya Miyatoviç bütövlükdə Azərbaycanda görülmüş işləri müsbət qiymətləndirib, polis-media münasibətlərinə toxunaraq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb, bu istiqamətdə həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib. O qeyd edib ki, ATƏT vahid bir ailədir, hər bir ailənin isə öz qayğıları, problemləri var. "Biz birlikdə çalışaraq bu problemləri həll etməliyik", - Miyatoviç deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti