...

Allahşükür Paşazadə: Azərbaycanda axundların fəaliyyətinin təkmilləşdirilməsi vacibdir

Cəmiyyət Materials 13 Noyabr 2012 11:43 (UTC +04:00)
Azərbaycanda axundların fəaliyyətinin təkmilləşdirilməsi vacibdir. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Qazılar Şurasının bu gün keçirilən iclasında deyib.
Allahşükür Paşazadə: Azərbaycanda axundların fəaliyyətinin təkmilləşdirilməsi vacibdir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycanda axundların fəaliyyətinin təkmilləşdirilməsi vacibdir. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Qazılar Şurasının bu gün keçirilən iclasında deyib.

"Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin proqramı var", - Paşazadə əlavə edib.

Onun sözlərinə görə, dünya müasirləşir və artıq din xadimləri elm və texnologiyanın imkanlarından istifadə etməyə borcludurlar.

QMİ sədri deyib ki, yüz illər bundan əvvəl danışılanları insanlara deməklə kifayətlənmək olmaz.

Şeyxülislam qeyd edib ki, insanların dini inanclarının yerinə yetirilməsində axundların fikirləri, moizələri önəmli yer tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti