...

“Total E&P Azərbaycan” şirkətinin rəsmiləri Bakı Ali Neft Məktəbində olublar

Cəmiyyət Materials 14 Noyabr 2012 13:09 (UTC +04:00)
Noyabrın 14-də “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli və Əməkdaşlıq Xidmətləri üzrə Əlaqələndiricisi Rasim Axundov Bakı Ali Neft Məktəbində olmuş, burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olmuşlar.
“Total E&P Azərbaycan” şirkətinin rəsmiləri Bakı Ali Neft Məktəbində olublar

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Noyabrın 14-də "Total E&P Azərbaycan" şirkətinin baş meneceri Kristian Jüdiselli və Əməkdaşlıq Xidmətləri üzrə Əlaqələndiricisi Rasim Axundov Bakı Ali Neft Məktəbində olmuş, burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olmuşlar.

BANM-dən Trend-ə verilən məlumata görə, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışmış və Şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açmışdır.

O, Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd etmişdir. Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-nin Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli mühəndis kadrları hazırlamaq olduğunu qeyd etmişdir.

Görüş çərçivəsində "Total E&P Azərbaycan" şirkəti və Bakı Ali Neft Məktəbi arasında, Fransanını məhşur İFP Ali Məktəbi ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması sahəsində, Total Şirkətinində fəaliyyət göstərən "Profesionallar Assosiasiyasının" əməkdaşlarının BANM tələbələri qarşısında mühazirələrlə çıxış etmələri və bir sıra məsələlər haqqında razılıq əldə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti