...

Baş Prokurorluq prokurorluq orqanlarındakı kadr dəyişikliklərini təsdiqləmir

Cəmiyyət Materials 16 Noyabr 2012 12:00 (UTC +04:00)
Baş Prokurorluq Bakının bir neçə rayonunun prokurorunun dəyişdirilməsi ilə bağlı yayılan məlumatları təkzib edir.
Baş Prokurorluq prokurorluq orqanlarındakı kadr dəyişikliklərini təsdiqləmir

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Bakının bir neçə rayonunun prokurorunun dəyişdirilməsi ilə bağlı yayılan məlumatları təkzib edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Nəsimi rayon prokuroru Aqşin Ziyadov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev hazırda öz vəzifələrini icra edirlər.

"Onların başqa vəzifəyə təyin olunması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil və tərəfimizdən təkzib olunur", - Sultanov deyib.

Qeyd edək ki, bu gün yayılan məlumatlarda Nəsimi rayon prokuroru Aqşin Ziyadovun bir müddət əvvəl Konstitutsiya Məhkəmisinin hakimi təyin olunmuş Mahir Muradovun yerinə, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevin isə Nəsimi rayonuna prokuror təyin olunduğu xəbər verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti