...

Azərbaycanda müəllimlərin işə qəbulunun nəticələrinin universitetlərin fəaliyyətində nəzərə alınması təklif edilib

Cəmiyyət Materials 17 Noyabr 2012 13:14 (UTC +04:00)
Azərbaycanda orta məktəblərə müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqənin nəticələrinin universitetlərin reytinqlərinin müəyyənləşdirilməsində, onların fəaliyyətinə qiymət verilməsində və akkreditasiyasının keçirilməsində nəzərə alınması təklif edilib.
Azərbaycanda müəllimlərin işə qəbulunun nəticələrinin universitetlərin fəaliyyətində nəzərə alınması təklif edilib

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəblərə müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqənin nəticələrinin universitetlərin reytinqlərinin müəyyənləşdirilməsində, onların fəaliyyətinə qiymət verilməsində və akkreditasiyasının keçirilməsində nəzərə alınması təklif edilib. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev 2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələrinə hərs olunan kollegiya iclasında cıxış edib.

Onun sözlərinə görə, hər il Azərbaycan ali təhsil müəssiələrini pedaqoji ixtisaslar üzrə 10-12 min nəfər bitirir. Onların 3000-ə yaxını müəllim kimi işə qəbul olunur.

"Yerdə qalan 7-8 min nəfərin işlə təminatı, onların sonrakı taleyi barədə indidən fikirləşmək lazımdır. Bu, cox ciddi məsələdir. Əgər biz bu gün Azərbaycanda işsizliyin səviyyəsini aradan qaldırmaq istəyiriksə, gələcəkdə bu kadrların işlə təmin edilməsi və ya yenidən hazırlanması da mühüm məsələ olmalıdır", - millət vəkili qeyd edib.

Onun sözlərinə görə, 1990-cı illərdə pedaqoji ixtisaslara nisbətən zəif hazırlıqlı tələbələr üz tuturdular. Amma artıq bu ixtisasları bitirən məzunların hazırlıq səviyyəsi yüksəlib.

"1990-cı illərdə pedaqoji ixtisaslara nisbətən zəif hazırlıqlı tələbələr gəlirdilər. Obyektiv yanaşılsa, onların universitetlərdə hazırlığı da yüksək səviyyədə olmayıb. Buna görə də orta məktəblərdə bəzi problemlər yarandı. Bu məsələ Təhsil Nazirliyinin diqqət mərkəzində olub", - Hacıyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti