...

Həftənin ilk iş günü Bakıda hava buludu və yağmurlu olacaq

Cəmiyyət Materials 18 Noyabr 2012 17:35 (UTC +04:00)
Həftənin ilk iş günündə, noyabrın 19-da Azərbaycanda hava şəraiti buludlu və yağmurlu olacaq.
Həftənin ilk iş günü Bakıda hava buludu və yağmurlu olacaq

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Həftənin ilk iş günündə, noyabrın 19-da Azərbaycanda hava şəraiti buludlu və yağmurlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 19-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bakıda gecə 9-11°, gündüz 12-14° isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacaq, duman olacaq. Temperaturun gecə 5-10°, gündüz 10-15° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti