...

İran Urmiya gölündə bəndlərin tikintisini qadağan edib

Cəmiyyət Materials 20 Noyabr 2012 14:14 (UTC +04:00)
İran administrasiyası Urmiya gölünün qurumasının qarşısını almaq üçün bəndlərin tikintisini qadağan edib.
İran Urmiya gölündə bəndlərin tikintisini qadağan edib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran administrasiyası Urmiya gölünün qurumasının qarşısını almaq üçün bəndlərin tikintisini qadağan edib. Trend-in məlumatına görə, bu barədə "Mehr News" agentliyi İran İslam Respublikasının energetika naziri Məcid Nəmcudan sitat gətirib.

Bununla belə, o əlavə edib ki, indi həyata keçirilən layihələr dayandırılmayacaq.

Uzun illər ərzində Urmiya gölünün sahillərində 19 bənd tikilib. Bu bəndlər kənd təsərrüfatının və sənayenin ehtiyacları üçün 1,8 milyard kubmetrə qədər suyun əldə olunmasına imkan verirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti