...

Vətəndaşın ailə vəziyyəti dəyişdikdə qeydiyyat şöbəsi müvafiq qurumlara məlumat verməyəcək

Cəmiyyət Materials 22 Noyabr 2012 12:44 (UTC +04:00)
Vətəndaşın ailə vəziyyəti dəyişdikdə qeydiyyat şöbəsi şəxs barədə onun yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verməyəcək.
Vətəndaşın ailə vəziyyəti dəyişdikdə qeydiyyat şöbəsi müvafiq qurumlara məlumat verməyəcək

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Vətəndaşın ailə vəziyyəti dəyişdikdə qeydiyyat şöbəsi şəxs barədə onun yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verməyəcək.

Trend-in Nazirlər Kabinetinin saytına istinadən verdiyi məlumata görə, bununla bağlı hökumət "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na dəyişiklər barədə qərar qəbul edib. Qərarda qeyd olunur ki, Qaydaların 1.17-ci bəndindən ", ailə vəziyyəti" sözləri çıxarılır.

Xatırladaq ki, həmin bənddə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və ya bu akt qeydlərinə dəyişiklik edilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşının soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişildikdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu barədə onların yaşadığı yerin daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəli şəxs və ya çağırışçı barəsində isə eyni zamanda onların hərbi uçot yeri üzrə rayon, şəhər, şəhərdə rayon hərbi komissarlığına bir ay müddətində məlumat verməlidir.

Ədliyyə Nazirliyindən Trend-ə bildirilib ki, şəxsin ailə vəziyyəti dəyişdikdə bu barədə məlumatlar elektron məlumat bazasına yerləşdirilir. Bu səbəbdən də müvafiq qurumlara şəxsin ailə vəziyyətinin dəyişməsi barədə yazılı məılumat göndərməyə ehtiyac yaranmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti