...

Azərbaycanın əmək naziri BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2012 18:54 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Birləşmiş Milllətlər Təşkilatının (BMT) Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT-nin nkişaf Proqramının nümayəndəsi Antonius Bruk arasında tanışlıq görüşü keçirilib.
Azərbaycanın əmək naziri BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Birləşmiş Milllətlər Təşkilatının (BMT) Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının nümayəndəsi Antonius Bruk arasında tanışlıq görüşü keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ələkbərov ölkəmizdə sosial-iqtisadi inkişaf, o cümlədən sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan siyasət və onun uğurlu nəticələri, həyata keçirilən sosial proqramlar, aktiv sosial müdafiə tədbirləri haqqında məlumat verərək, Azərbaycanın mötəbər beynəlxalq təşkilatlar, həmçinin BMT ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb.

BMT-nin mütərəqqi dəyərləri özündə əks etdirən müvafiq konvensiyalarının ölkəmiz tərəfindən ratifikasiya edildiyini qeyd edən nazir həmin sənədlərdən irəli gələn öhdəliklərin layiqli səviyyədə yerinə yetirildiyini bildirib, Antonius Bruka yeni vəzifəsinin icrasında uğurlar arzulayıb.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Antonius Bruk Azərbaycanla BMT arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, bu əməkdaşlığın daha da inkişaf etməsi üçün öz fəaliyyəti dövründə bütün səyləri göstərəcəyini vurğulayıb.

Görüşdə BMT ilə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti