...

Bakıda dövlət və din, tolerantlığın gücləndirilməsi mövzusunda beynəlxalq forum keçiriləcək

Cəmiyyət Materials 5 Dekabr 2012 11:01 (UTC +04:00)
Bakıda 19-21 dekabrda "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Forum keçiriləcək.
Bakıda dövlət və din, tolerantlığın gücləndirilməsi mövzusunda beynəlxalq forum keçiriləcək

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir M.Əliyev/

Bakıda 19-21 dekabrda "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Forum keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.

I Beynəlxalq Bakı Forumu DQİDK və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birgə təşkil olunacaq.

Müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş Forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.

Azərbaycanda ilk dəfə keçiriləcək Forumda müxtəlif ölkələrin din siyasəti ilə məşğul olan rəsmi şəxslərinin, dinşünaslarının, ilahiyyatçılarının, azərbaycanşünaslarının, qafqaz­şünaslarının, politoloqlarının, tarixçilərinin, xaricdən dəvət olunan alimlərin, beynəl­xalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti