...

KİVDF nümayəndələri "Belçika Azərbaycan Evi" Cəmiyyətində olublar (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2012 16:14 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) nümayəndələri "Belçika Azərbaycan Evi" Cəmiyyətində görüş keçiriblər.
KİVDF nümayəndələri "Belçika Azərbaycan Evi" Cəmiyyətində olublar (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) nümayəndələri "Belçika Azərbaycan Evi" Cəmiyyətində görüş keçiriblər.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və Fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli Brüsselə səfər edib.

Cəmiyyətin ofisinə gələn nümayəndə heyətini qurumun sədri Bülənt Gurçam qarşılayıb. O, qonaqları Cəmiyyətin ofisində toplanmış milli eksponatlarla, kitabxana ilə, həmçinin cəmiyyətin iş prinsipləri ilə tanış edib. Gürçam bildirib ki, Cəmiyyət hazırda 130 nəfər azərbaycanlını birləşdirir.

Fondun icraçı direktoru Vüqar Səfərli qəbul üçün Bülənt Gürçama təşəkkür edib və Azərbaycan mediasının diaspor təşkilatlarına hər zaman həssas yanaşdığını bildirib. O qeyd edib ki, ayrı-ayrı diaspor təşkilatlarının fəaliyyətinin Azərbaycan mediasında daha geniş formada işıqlandırılması üçün Fond hər zaman dəstək verməyə hazırdır.

Qeyd edək ki, KİVDF nümayəndə heyəti Brüsselə "Avropa Etik Jurnalistika Şəbəkəsi"nin dəvəti ilə səfər edib. Nümayəndə heyəti dekabrın 10-13-də "Etik Jurnalistika Şəbəkəsi"nin konfransında iştirak edib. Həmçinin, konfrans müddətində müxtəlif beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti