...

Ukraynada ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2012 17:43 (UTC +04:00)
Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Ukraynada ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, anım mərasiminə qatılan Azərbaycan səfirliyinin diplomatları, Ukraynadakı Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri və diaspor fəalları Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçək dəstələri qoymaqla, ulu öndərin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Mərasimdə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli çıxış edərək, Heydər Əliyevin istər keçmiş sovet dönəmində, istərsə də ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycanın beynəlxalq arenada layiqli yer tutmasındakı tarixi xidmətlərindən danışıb.

Dünya azərbaycanlılarının milli dövlətçilik məfkurəsi ətrafında birləşməsində Heydər Əliyev şəxsiyyətinin əvəzolunmaz rolundan bəhs edən Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bu gün beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycanla Ukraynanın mövcud tarixi dostluq əlaqələrinin də ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib və bu əlaqələrin Ukraynada yaşayan həmvətənlərimiz tərəfindən qorunub saxlanması, inkişaf etdirilməsi sahəsində aparılan işlərdən danışıb.

Mərasimdə çıxış edən gənclər, tələbələr və digər diaspor fəalları isə müstəqil Azərbaycan dövlətinin qurucusu və baş memarı olan Heydər Əliyevin xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti