...

TQDK yeni bazasını yaratmaq üçün seminarlara başlayır

Cəmiyyət Materials 15 Dekabr 2012 12:32 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi "Şagird-məzun" bazasının formalaşdırılması ilə bağlı seminarlara başlayır.
TQDK yeni bazasını yaratmaq üçün seminarlara başlayır

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi "Şagird-məzun" bazasının formalaşdırılması ilə bağlı seminarlara başlayır.

Komissiyanın mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar TQDK 2012-2013-cü tədris ili üçün "Şagird-məzun" bazasının formalaşdırır.

Bu məqsədlə qurum ümumi və tam orta təhsil müəssisələrinin buraxılış siniflərinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" bazasına daxil edilməsi üçün respublikanın rayon və şəhərlərində məsul şəxslərlə seminar-məşğələlər təşkil edir.

İlk seminar-məşğələ dekabrın 19-da Ağcabədi, Goranboy, Oğuz, Gədəbəy, Ağstafa, Biləsuvar, Şabran, Quba, İmişli, Kürdəmir, Qobustan, Göyçay, Bərdə, Beyləqan, Balakən, Cəlilabad, Astara, Gəncə, Şamaxıda keçiriləcək. Seminar-məşğələlər dekabrın 24-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti