...

DYP: Azərbaycanın rayonlarına gedən yollar açıqdır

Cəmiyyət Materials 17 Dekabr 2012 10:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Respublikanın rayonlarına gedən yollar açıqdır. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev Trend-ə bildirib ki, qarlı-şaxtalı hava şəraiti respublikanın rayonlarına gedən magistral yollarda problem yaranmayıb.

Əliyev bildirib ki, yollar açıqdır, buz bağlamayıb. Şöbə rəisi nin sözlərinə görə, hava şəraiti ilə əlaqədar yollarda problem yaranarsa, müvafiq təşkilatların iştirakı ilə lazımi tədbirlər görüləcək.

Ötən gün respublikada 10 yol qəzası qeydə alınıb, qəzalarda 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti